Bakıda 20 yaşlı oğlanı 5-ci mərtəbədən atıblar

Bakıda 20 yaşlı oğlanı 5-ci mərtəbədən atıblar

Nəsimi rayonunda bədbəxt hadisə baş verib.

APA xəbər verir ki, hadisə 5-ci mikrorayon ərazisində qeydə alınıb. Naməlum şəxs və ya şəxslər 1999-cu il təvəllüdlü Əzizov Emin Vasif oğlunu 20 Yanvar küçəsində yerləşən binaların birinin 5-ci mərtəbəsindən atıblar.

Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub və Reanimasiya şöbəsinə yerləşdirilib.

Vəziyyəti ağırdır.

Faktla bağlı araşdırma aparılır.

DOSYE.ORG

COMMENTS