Bakıda 22 yaşlı gənci avtomobil vurub

Bakıda 22 yaşlı gənci avtomobil vurub

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Nərimanov rayonunda qeydə alınıb. Avtomobil yolu keçən 2000-ci il təvəllüdlü Hüseynov İlkin Asim oğlunu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

COMMENTS