Top.Mail.Ru

Bakıda 25 yaşlı qız həbs olundu – Mənzilləri qarət edirmiş 

Bakıda 25 yaşlı qız həbs olundu – Mənzilləri qarət edirmiş 

Bakının Suraxanı rayonunda oğurluq hadisəsi baş verib.

“Dosye.org” Teleqraf.com-a istinadən xəbər verir ki, rayonun Əmircan qəsəbəsində İ. Abbasova məxsus mənzildən 1000 manat dəyərində televizor və məişət əşyaları oğurlanıb.

Bundan başqa mayın 19-da Əmircan qəsəbəsində N. Əmirovaya məxsus mənzildən 700 manat dəyərində noutbuk oğurlanıb.

Suraxanı rayon Polis İdarəsinin 31-ci polis bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində evlərdən oğurluq etməkdə şübhəli bilinən 1995-ci il təvəllüdlü Əfsanə Ağayeva tutulub.

Faktla bağlı cinayət işi başlanıb.

DOSYE.ORG

COMMENTS