Bakıda 3 “Mercedes”, 2 “Subaru”, 2 “Jiquli” toqquşub

Babək prospektindəki zəncirvari qəzada 7 avtomobil toqquşdu
Bakının Nizami rayonunda 7 maşının toqquşması ilə nəticələnən qəza baş verib. Babək prospektində qeydə alınan qəza zamanı sürücü və sərnişin olmaqla iki nəfər də xəsarət alıb. Nasir Həsənovun idarə etdiyi “Subaru” markalı maşın təmir sexindən çıxarkən arxadan gələn “VAZ 2105” markalı avtomobil ona çırpılıb. İdarəetməni itirən sürücü maşını bir başqa “Subaru”, ardınca isə 3 “Mercedes” və “VAZ 2107”ə çırpıb.

Qəza nəticəsində sürücülərdən Rəşad Kərimov və maşında olan bir sərnişini xəsarət alıb. Yaralılar təcili tibbi yardımla 3 saylı şəhər kliniki xəstəxanasına çatdırılıb.

Polislər tərəfindən qəza ilə bağlı araşdırma aparılan zaman sürücülər arasında mübahisə yaranıb.

Qəza prospektdə avtomobillərin hərəkətində çətinlik yaratdığından yararsız hala düşən avtomobillər hadisə yerindən uzaqlaşdırıldı.

COMMENTS