Polis onu vuran şəxsi tuta bilib
Bakıda bıçaqlanma hadisəsi baş verib. paytaxtın Ramana qəsəbəsində 30 yaşlı kişi bıçaqlanıb.
Bakı şəhər Baş Polis İdarəsindəndən ANS PRESS-ə verilən məlumata görə, hadisə fevralın 2-də saat 24 radələrində baş verib. Ramana qəsəbəsində Bakı şəhər sakini 1985-ci il təvəllüdlü Ramil Müseyibovə bıçaqla ağır bədən xəsarəti yetirilib.
Sabunçu RPİ Cinayət Axtarış Şöbəsi və 12-ci PB əməkdaşlarının birgə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisədə şübhəli bilinən Bakı şəhər sakini, 1984-cü il təvəllüdlü Nicat Rzaquliyev tutulub.
Faktla bağlı araşdırmalar aparılır.
COMMENTS