Bakıda 31 yaşlı Gülnar həyat yoldaşını niyə öldürdü?

Bakıda 31 yaşlı Gülnar həyat yoldaşını niyə öldürdü?

Bakıda qadın ərini yaşadıqları evdə bıçaqlayıb. Kişi xəstəxanaya aparılarkən yolda qanaxmadan ölüb. Rayon prokurorluğun yaydığı məlumatda bildirilir ki, tərəflər arasında mübahisə ailə münaqişəsi zamanı baş verib.

BAKU.WS xəbər verir ki, qonşular isə insidentin baş verdiyini ailəni sakit və mehriban xatırlayırlar.

Ağır cinayət ötən gün paytaxtın Suraxanı rayonu Hövsan qəsəbəsində baş verib. Sabirabad sakini 32 yaşlı Elşən Hadızadəni həyat yoldaşı, 31 yaşlı Gülnar Vəlizadə münaqişə zamanı bıçaqlayıb.

Suraxanı rayon Prokurorluğundan verilən məlumata görə, dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

Qonşuların sözlərinə görə, ailə 2 ildən çox olarmış ki, həmin ünvandan ev alıb mehriban yaşayırmış. Elşən Hadızadə usta, həyat yoldaşı Gülnar Vəlizadə isə evdar qadın olub. Qeyd edək ki, ailənin 2 azyaşlı övladı da var.

Rayon prokurorluğundan verilən məlumata görə, hadisə ilə bağlı aparılan istintaq-əməliyyat tədbirləri nəticəsində Elşən Hadızadənin həyat yoldaşı, Gülnar Vəlizadə tərəfindən qətlə yetirilməsinə əsaslı şübhələr yaranıb. Qadın şübhəli şəxs qismində saxlanıb. Məlumatda bildirilir ki, hadisə ailə münaqişəsi zamanı baş verib. Fakta görə, Suraxanı rayon prokurorluğunda ”qəsdən adam öldürmə” maddəsi ilə cinayət işi başlanıb.

DOSYE.ORG

COMMENTS