Bakıda 4 manata görə CİNAYƏT

Bakıda 4 manata görə CİNAYƏT

Bakıda soyğunçuluq hadisəsi baş verib.

Lent.az xəbər verir ki, Xəzər rayonu Buzovna qəsəbəsi, Albalılıq yaşayış massivində naməlum şəxs 1977-ci il təvəllüdlü Pərvanə Əliyevaya hücum edib. Qadının tək olmasından istifadə edən soyğunçu zorla onun çantasını əlindən alaraq qaçıb. Çantada Pərvanə Əliyevanın şəxsiyyət vəsiqəsi və 4 manat pul olub.

Faktla bağlı əməliyyat-axtarış tədbirlərinə başlanılıb.

Dosye.org

COMMENTS