Bakıda evə maskalılar basqın ediblər. Xəzər rayonu, Türkan qəsəbəsində yaşayan Rəşid Quliyevin evinə soxulan 5 maskalı şəxs ev sahibinin və onun 3 ailə üzvünün əl-ayaqlarını bağlayaraq hamama aparıb.
Maskalılar evdən 1200 manat pul, 5000 manat dəyərində qızıl və bir tüfəngi götürərək qaçıblar.
İşi araşdıran Xəzər Rayon Polis İdarəsinin müstəntiqi Rövşən Cavadov Milli.Az-a açıqlamasında bildirdi ki, maskalılar evə əllərində bıçaq qismində əşya ilə giriblər. Ailə üzvlərinə hədə-qroxu gəliblər. Xəsarət yetirib-yetirməməkləri isə ekspertizanın rəyindən sonra məlum olacaq.
Müstəntiqin sözlərinə görə, cinayəti törədən şəxslər isə hələlik məlum deyil.
COMMENTS