Bakıda 58 yaşlı kişi qətlə yetirildi

Bakıda 58 yaşlı kişi qətlə yetirildi

Mayın 10-də saat 20:30 radələrində paytaxtın Binəqədi rayonu, Biləcəri qəsəbəsində evlərin birində 1965-ci il təvəllüdlü Abbasov Etibar Mehrac oğlunun kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.

Bu barədə DOSYE.ORG-a DİN-in Mətbuat xidmətindən bildirilib.

Cinayət əməlini törətməkdə şübhəli bilinən şəxsin, yaxud şəxslərin müəyyən olunub saxlanılması istiqamətində tədbirlər görülür.

Əlavə məlumat veriləcək.

COMMENTS