Bakıda adam oğurlayanlara 64 il həbs verildi

Bakıda adam oğurlayanlara 64 il həbs verildi

Bakı Ağır Cinayətlər Məhkəməsində adam oğurluğunda təqsirləndirilən dəstə üzvlərinin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Modern.az-ın məlumatına görə, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub.

Məhkəmənin hökmü ilə təqsirləndirilən Vidadi Məlikov 14 il, Rəşad Hüseynov və Zamin Hüseynov 11 il, Şahnaz İbrahimova 10 il, Mirməhəmməd Qədirov və Elçin Babayev isə 9 il azadlıqdan məhrum edilib.

Qeyd edək ki, təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 145.2.5( 145.2.5-ci (qanunsuz azadlıqdan məhrum etmə) maddəsi ilə təqsirli biliniblər. Cinayət işi üzrə 3 nəfər zərərçəkmiş qismində tanınıb.

COMMENTS