Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.
Dünən saat 18 radələrində Binəqədi rayonu Biləcəri qəsəbəsi ərazisində Nuslət Abdullayev idarə etdiyi “VAZ 2104” markalı avtomobillə yolu keçməyə çalışan 50-55 yaşlı kişini vurub. Ağır kəllə-beyin xəsarəti alan şəxs Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Məlum olub ki, o, Biləcəri qəsəbə sakini, 1960-cı il təvəllüdlü Kərimov Əzizağa Müslüm oğludur. Həkimlərin səyinə baxmayaraq o, gecə saatlarında vəfat edib.
Faktla bağlı Binəqədi rayon Polis İdarəsində cinayət işi açılıb, araşdırma aparılır.
Dosye.org
COMMENTS