Bakıda ağır qətl hadisəsi – Öldürülən kimin qohumudur?

Bakıda ağır qətl hadisəsi – Öldürülən kimin qohumudur?

Bakıda ağır bir qətl hadisəsi baş verib.

Hadisə sentyabrın 24-də saat 16 radələrində paytaxtın Nərimanov rayonu ərazisində, İbrahimpaşa Dadaşov küçəsi ev 57A ünvanında qeydə alınıb.

Nərimanov rayon prokurorluğundan APA-ya verilən məlumata görə, 1948-ci il təvəllüdlü Tağıyev Tahir Abbas oğlunun yaşadığı evdə üzərində kəsilmiş-deşilmiş bədən xəsarətləri olan meyitinin aşkar olunması barədə rayon prokurorluğuna məlumat daxil olub.

Dərhal prokurorluq və polis əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilib, o cümlədən təxirəsalınmaz prosessual hərəkətlər yerinə yetirilib.

Faktla bağlı Nərimanov rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda hadisəni törədən şəxs və ya şəxslərin müəyyən edilərək istintaqa cəlb edilməsi istiqamətində intensiv istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

APA-nın bildirdiyinə görə, qətlə yetirilən T. Tağıyev Xətai rayonunun sabiq prokuroru Yusif İldırımzadənin qaynıdır.

Qeyd: Xəbər saytda yayımlanandan sonra Qaynarinfo-ya zəng edən və Yusif İldırımzadəni təmsil etdiyini bildirən şəxs, onun belə bir qaynının olmadığını bildirib.

DOSYE.ORG

COMMENTS