Bakıda ağır qəza: Motosikletçini vurub yaraladı və…

Bakıda ağır qəza: Motosikletçini vurub yaraladı və…

Bakıda xəsarətlə nəticələnən yol qəzası baş verib.

Dosye.org “report”a istinadən xəbər verir ki, hadisə Xəzər rayonunda qeydə alınıb. Binə qəsəbəsində avtomobillə 1999-cu il təvəllüdlü Məsimov Musa Heydər oğlunun idarə etdiyi motosiklet toqquşub. Hadisə zamanı M.Məsimov xəsarət alıb.

Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona kəllə-beyin travması diaqnozu qoyulub.

Şahidlərin sözlərinə görə, minik avtomobilinin sürücüsü hadisə yerindən qaçıb. Lakin o, sonradan saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

DOSYE.ORG

COMMENTS