Bakıda ağır qəza: ölən var

Bakıda ağır qəza: ölən var

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Lent.az-ın məlumatına görə, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsinin D yaşayış massivində 1987-ci il təvəllüdlü Hüseynov Namiq Həsən oğlu idarə etdiyi “VAZ 2107” markalı, 90 UD 307 nömrə nişanlı avtomobillə piyadanı vurub. Ağır vəziyyətdə Nevrocərrahiyyə xəstəxanasına yerləşdirilən piyada, 1983-cü il təvəllüdlü Əliyev Tuncay Taleh oğlunun həyatını xilas etmək mümkün olmayıb. 

 Faktla bağlı Suraxanı RPİ-də cinayət işi açılıb, araşdırmalar aparılır.piyada-olumu

COMMENTS