Bakıda ağır yol qəzası baş verib – 1 nəfər ölüb, 2-si xəsarət alıb

Bakıda ağır yol qəzası baş verib.

Daxili İşlər Nazirliyindən verilən xəbərə görə, hadisə Xəzər rayonunun Binə qəsəbəsi ərazisində qeydə alınıb.

Belə ki, dekabrın 18-də saat 18 radələrində Elvin Əliyev idarə etdiyi “BMW” markalı avtomobili yolun hərəkət hissəsində dayanmış Bakı şəhər sakini Sevda Mürsəlliyə məxsus “BMW” markalı avtomobilə arxadan vurub. Nəticədə hər iki sürücü və sərnişinləri xəstəxanaya yerləşdirilib. E.Əliyev orada ölüb.

Faktla əlaqədar cinayət işi başlanıb.

Dosye.org

COMMENTS