Sürətlə hərəkət edən avtobus svetoforda dayana bilmədiyi üçün qarşı yola çıxıb başqa avtobusla toqquşub.
Dosye.org avtosfer.az-a istinadən Bakının Sabunçu rayonu, Zabrat qəsəbəsi ərazisində baş vermiş avtobus qəzasının videosunu təqdim edir. Daxili İşlər Nazirliyinin “Təhlükəsiz şəhər” Avtomatlaşdırılmış İdarəetmə Mərkəzinin kameraları vasitəsilə qeydə alınan kadrlardan görünür ki, yüksək sürətlə hərəkət edən avtobus qarşıda svetoforun qırmızı işığı yandığı üçün dayanın minik maşınını vurmamaq üçün qarşı yola çıxır və həmin istiqamətdə hərəkət edən başqa bir avtobus onu ortadan vurur.
Qəza nəticəsində sərnişinlər arasında xəsarət alanlar olur. Sərnişinlərin bəziləri avtobusun pəncərələrindən bayıra çıxır. Qəzanın əsas səbəbi sürət həddinin aşılmasıdır. Aşağı sürətdə avtobus sürücüsü nəqliyyat vasitəsini dayandıra bilərdi.
COMMENTS