Bakıda avtobus sürücüləri qanunu ələ salırlar

Bakıda avtobus sürücüləri qanunu ələ salırlar

Bakıda avtobus sürücüləri yol-hərəkət qaydalarını sürəkli, fasiləsiz olaraq pozurlar.

Üstəlik, avtobusda sürücünün sükan arxasında siqaret çəkməsi nadir hal deyil.
Sərnişinlərin çox olduğu salonda isə siqaret tüstüsü ürək bulandırır, narahatlığa səbəb olur.

Dosye.org Day.Az-a istinadən bildirir ki, avtobusda, sükan arxasında siqaret çəkən sürücülərin qanun qarşısında cavab vermələrini təmin etmək olar. Ən azı Nəqliyyatın İntellektual İdarə Edilməsi Mərkəzinin monitorlarında sürücünü görmək olar. Axı avtobuslarda sürücünün yanında kiçik kameralı qurğu var.

Azərbaycanın mövcud qanunvericiliyinə görə, şəhərdaxili və şəhərlərarası avtobuslarda siqaret çəkənləri 40-50 manat məbləğində cərimə gözləyir.
Cərimə olsa da, avtobus sürücüləri heç kimi eyinlərinə almayaraq sükan arxasında siqaret çəkməyə davam edirlər.

COMMENTS