Bakıda avtomobil qadını vuraraq öldürüb

Bakıda avtomobil qadını vuraraq öldürüb

Bakıda avtomobil qadını vuraraq öldürüb.

“Report”un əldə etdiyi məlumata görə, hadisə sentyabrın 28-də paytaxtın Nizami rayonu,
Babək prospektində qeydə alınıb.

Belə ki, İsmayılov Pərviz Şahin oğlunun idarə etdiyi “Mercedes-Benz” markalı avtomobillə yolu keçmək istəyən piyada Allahverdiyeva Mahirə Talıb qızını vurub. Nəticədə qadın aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.

COMMENTS