Top.Mail.Ru

Bakıda avtomobil velosipedçini vurdu-FOTO

Bakıda avtomobil velosipedçini vurdu-FOTO

Bakıda bir nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report” xəbər verir ki, hadisə paytaxtın Rəşid Behbudov küçəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan “Hyundai” markalı 90-LL-426 dövlət nömrə nişanlı avtomobilin sürücüsü yolun əks istiqaməti ilə gələn velosipedçi, 1994-cü il təvəllüdlü Ələkbərov Tamerlanı vurub.

Qəza nəticəsində müxtəlif bədən xəsarətləri alan şəxsə ilkin tibbi yarıdımı hadisə yerində olan Nəsimi Rayon Polis İdarəsinin Post Patrul Xidmətinin əməkdaşları göstərib.

Daha sonra yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona qapalı kəllə-beyin travması və sol topuğun sınığı diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

DOSYE.ORG

COMMENTS