Top.Mail.Ru

Bakıda avtoxuliqanlıq edən sürücü qəza törətdi – hadisə yerindən qaçdı

Bakıda avtoxuliqanlıq edən sürücü qəza törətdi – hadisə yerindən qaçdı

Qəza zamanı “Mercedes”də olan sərnişin xəsarət alıb

Yasamal rayonunda yol-nəqliyyat hadisəsi zamanı sürücü xəsarət alıb.

Yasamal rayon Dövlət Yol Polis Şöbəsindən verilən məlumata görə, “NİVA” markalı avtomobil rayon ərazisində avtoxuliqanlıq edib.

Daha sonra o, yüksək sürətlə Nəriman Nərimanov heykəlinin yaxınlığında dönmə əməliyyatı edərkən idarəetməni itirib. Nəticə “NİVA” dairədə hərəkətdə olan Təbriz Məhərrəmova məxsus “Mercedes” markalı avtomobilə dəyib. Zərbənin gücündən “Mercedes” dairənin beton piltələrinə çırpılıb.Qəza zamanı “Mercedes”də olan sərnişin xəsarət alıb. “NİVA”nın adı hələlik müəyyən edilməyən sürücüsü hadisə yerindən yayınıb.

DOSYE.ORG

COMMENTS