Bakıda bəzi evləri su basıb

Bakıda bəzi evləri su basıb

Bakı şəhəri ərazisində intensiv yağışın yağması ilə əlaqədar fərdi yaşayış evlərinə su dolub. Fövqəladə Hallar Nazirliyindən Trend-ə bildiriblər ki, hadisə ilə əlaqədar olaraq Nərimanov rayonu ərazisində evdən çıxması çətinləşmiş 5 nəfərə müvafiq köməklik göstərilib.

Həmçinin Binəqədi rayonu ərazisində evdən çıxması çətinləşmiş 2 nəfərə müvafiq köməklik göstərilib.

Daha sonra yağan intensiv yağışlar nəticəsində Bakı şəhəri, Sabunçu rayonu ərazisində 5 nəfər fərdi yaşayış evində köməksiz vəziyyətdə qalıb. Fövqəladə Hallar Nazirliyinin xilasediciləri xüsusi texnika vasitəsi ilə vətəndaşları su basmış ərazidən təxliyyə ediblər.ev

COMMENTS