Bakıda bıçaqlanma hadisəsi qeydə alındı

Bakıda bıçaqlanma hadisəsi baş verib.

ANS PRESS-in Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, hadisə yanvarın 2-də Səbail rayonunun Bayıl qəsəbəsində qeydə alınıb.

Bakı şəhər sakini Əli Bayramov münaqişə zəminində paytaxt sakini Aslan Nəsirova bıçaqla xəsarət yetirib.

Səbail RPİ 8-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ə.Bayramov tutulub.

COMMENTS