Bakıda bina sökülür: Sakinlərə kompensasiya ödənilir

Bakıda bina sökülür: Sakinlərə kompensasiya ödənilir

Bakının Nərimanov rayonu ərazisində qəzalı vəziyyətdə olan binadan insanların köçürülməsinə başlanılıb.
Söhbət Mayakovski küçəsi, 15 ünvanında yerləşən binadan gedir.
Belə ki, sakinlərə söküləcək mənzilləri müqabilində kompensasiyalar təklif olunub. Sakinlərə verilən kompensasiya məbləği hər kvadratmetri üçün 2 min manatdır.
Məsələ ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətindən bildirilib ki, Nərimanov rayonu, Mayakovski küçəsi, 15 ünvanında yerləşən yataqxana tipli yaşayış binası Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlukəsizliyə Nəzarət Dövlət Agentliyinin “Azərinşaatlayihə” Dövlət Baş Layihə-Konstruktor və Texnoloji İnstitutunun müvafiq aktına əsasən, qəzalı vəziyyətdədir.
“Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, sözügedən yaşayış binasının sakinlərinin köçürülməsi üçün vəsait ayrılıb. Köçürülməsi nəzərdə tutulan sakinlərin mənzillərinin hər kvadratmetr sahəsinə görə 2 000 AZN məbləğində birdəfəlik maddi yardım ödənilməsi nəzərdə tutulub”, – deyə qurumdan əlavə edilib./Baku.ws
DOSYE.ORG

COMMENTS