Bakıda bir ailə mağazadan aldıqları vaxtı keçmiş meyvə şirəsindən zəhərlənib.
Dosye.org xəbər verir ki, ötən gün axşam saatlarında paytaxtın Qara Qarayev prospektində yerləşən “Əfəndi” marketdən alınan “Sadoçok” adlı meyvə şirəsi Qara Qarayev bina 94 ünvanında yaşayan Salmanovlar ailəsinin 3 üzvünü zəhərləyib.
Belə ki, meyvə şirəsinin üzərində qeyd olunan buraxılış tarixi 01.08.2015, son istifadə tarixi -isə 01.05.2016-cı il kimi göstərilib. İstifadə müddəti 15 gün əvvəl bitməsinə baxmayaraq, məhsul marketdən yığışdırılmayıb.
Xoşbəxtlikdən ailə üzvləri ağır fəsadlar yaşamayıblar. Onlarda baş ağrısı, mədə ağrıları yaranıb. Dərhal Təcili Tibbi Yardım xidməti çağrılıb. Həkim müdaxiləsi ilə zəhərlənmənin fəsadları aradan qaldırılıb.
Dosye.org-un əməkdaşı məsələ ilə bağlı məhsulun satıldığı mağazaya baş çəkib. Əməkdaşımız mağazadakı soyuducularda onlarla vaxtı keçmiş “Sadoçok” içkisi aşkarlayıb.
Mağaza sahibi isə, baş verən hadisə ilə bağlı məhsulların köhnəldiyindən xəbərsiz olduğunu və dərhal yığışdırıb şirkətə geri qaytaracağını bildirib.
Qeyd edək ki, “Sadaçok ” meyvə şirəsi Ukraynada istehsal olunur.
Dosye.org
COMMENTS