Bakıda bir ailənin 4 üzvü dəm qazından zəhərləndi

Noyabrın 6-da Suraxanı rayonunun Qaraçuxur qəsəbəsi sakinləri dəm qazından zəhərlənmə ilə xəstəxanaya müraciət edib. Lent.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, Səlmi Əlnəzərova, oğlu Tahir, onun arvadı Günel Quliyeva və oğlu Ümüd dəm qazından zəhərləniblər.

Onlara xəstəxanada ilkin tibbi yardım göstərilib.

COMMENTS