Top.Mail.Ru

Bakıda bir gündə ayrı-ayrı ünvanlarda iki qadın meyiti tapıldı

Bakıda bir gündə ayrı-ayrı ünvanlarda iki qadın meyiti tapıldı

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhərinin Nizami rayonunda 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Virtualaz.org FHN-ə istinadən bildirir ki, nazirliyin hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1955-ci il təvəllüdlü Popova Tatyana Qeorqiyevnanın meyitini aidiyyəti üzrə təhvil veriblər.

Ondan əvvəl isə FHN-in xilasediciləri yenə daxil olmuş məlumat əsasında paytaxtın Nərimanov rayonunda bağlı qapı arxasında qalmış 1947-ci il təvəllüdlü Arefyeva Svetlana Mixaylovnanın meyitini aşkar edərək aidiyyəti üzrə təhvil veriblər.

DOSYE.ORG

COMMENTS