Top.Mail.Ru

Bakıda böyük yanğın başlayıb – YENİLƏNİB, FOTO – VİDEO

Bakıda böyük yanğın başlayıb – YENİLƏNİB, FOTO – VİDEO

Fövqəladə Hallar Nazirliyi tərəfindən yanğının baş verdiyi ərazidə Qərargah yaradılıb.  FHN-nin Mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, əraziyə Dövlət Yanğından Mühafizə Xidmətinin 32 texnikası və 160 canlı qüvvəsi cəlb edilib.

İlkin məlumata görə, yanğın təxminən 700 kvadratmetr ərazini əhatə edir.

21:42

Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətinin rəhbəri Gülçin Mehdiyeva Modern.az-ın sorğusuna cavab olaraq bildirib ki, yanğın “Sobsan” boya fabrikində başlayıb:

“Hadisə yerinə nazirliyin canlı qüvvəsi cəlb olunub. Ətraflı məlumat açıqlanacaq”.

21:31

Bakıda böyük yanğın başlayıb.

Modern.az-ın əməkdaşının məlumatına görə, təxminən Binəqədi rayonu ərazisdə  başlayan yanğının qara tüstüsü Biləcəri qəsəbəsində də qara duman yaradıb. Əraziyə doğru xeyli yanğınsündürən avtomobilləri gedir.

Məlumata görə, yanğın Bakının 7-ci mikrorayon ərazisində Sobsan boya fabrikinə məxsus sexdə yanğın başlayıb.

DOSYE.ORG

COMMENTS