Top.Mail.Ru

Bakıda cibgir tutuldu

Bakıda cibgir tutuldu

Paytaxtın Nizami rayonunda velosiped oğurlayan, əvvəllər məhkum olunmuş şəxs tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Unikal.org-a  bildirilib ki, Nizami Rayon Polis İdarəsinin 24-cü polis şöbəsi və Əlahiddə Çevik Polis Alayı əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində B.Qasımova və İ.Əliyevə məxsus velosipedləri oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş R.Novruzov saxlanılıb.

Bundan başqa, oğurluq etdiyinə görə tutulmuş N.Musayevin ətrafında Bakı Şəhər Baş Polis İdarəsinin cinayət axtarışı idarəsinin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun beş nəfərin çantasından pul, sənəd, qızıl-zinət əşyaları və mobil telefon oğurlaması da müəyyənləşdirilib.

Hadisələrlə əlaqədar təhqiqat davam edir.

DOSYE.ORG

COMMENTS