Bakıda dəhşət: iki qardaş bıçaqlandı

Dünən Bakıda iki qardaş bıçaqlanıb.

 

Hadisə dünən saat 20:00 radələrində Sabunçu rayon Maştağa qəsəbəsi Sabir küçəsində baş verib. Belə ki, 1962-ci il təvəllüdlü Ağayev Əbdüləli və qardaşı Ağayev Məmməd bədəninin müxtəlif yerlərinin kəsilmiş-deşilmiş yaraları ilə 3 saylı Şəhər Kliniki Xəstəxanasına yerləşdiriliblər.

Hadisənin baş vermə səbəbi barədə məlumat verilmir.

Hazırda hadisə ilə bağlı hüquq-mühafizə orqanları araşdırmaya başlayıb. (AzNews.az)

COMMENTS