Top.Mail.Ru

Bakıda dələduz saxlanıldı: 5 nəfəri aldadıb 45 min manatlarını almışdı

Bakıda dələduz saxlanıldı: 5 nəfəri aldadıb 45 min manatlarını almışdı

Bakı və Abşeronda 5 nəfərə qarşı külli miqdarda dələduzluq edilib.

DİN mətbuat xidmətindən  verilən məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının daxil olmuş müraciətlər əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində cari ilin fevral ayından oktyabr ayınadək olan müddətdə 4 Bakı və 1 Abşeron rayon sakinini aldadaraq onlardan ümumilikdə 45000 manat pul almaqda şübhəli bilinən paytaxt sakini Ç.Əliyev saxlanılıb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə cinayət işi başlanıb.

DOSYE.ORG

COMMENTS