Bakıda daş boşaldan “KamAZ” aşdı, sürücü yaralandı

Bakıda daş boşaldan “KamAZ” aşdı, sürücü yaralandı

Qaradağ rayonunda yük avtomobilinin aşması nəticəsində 1 nəfər xəsarət alıb. 

Hadisə rayon ərazisində yerləşən daş karxanasında qeydə alınıb.

40 yaşlı Malik Nazim oğlu Quliyev idarə etdiyi “KamAZ” markalı avtomobillə yük boşaldan zaman nəqliyyat vasitəsi idarəetmədən çıxaraq aşıb.

Nəticədə sürücü xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub.

Oxu.az bildirir ki, faktla bağlı araşdırma aparılır.

DOSYE.ORG

COMMENTS