Bakıda dörd yaşlı uşaq kanalda boğuldu

Bakıda dörd yaşlı uşaq kanalda boğuldu

Bakının Xəzər rayonunda dörd yaşlı uşağın ölümü ilə nəticələnən bədbəxt hadisə baş verib.

Dosye.org xəbər verir ki, bu barədə Oxu.Az-a hüquq-mühafizə orqanlarından məlumat daxil olub.

İyulun 19-da, saat 18:45 radələrində Buzovna qəsəbəsində 2016-cı il təvəllüdlü Xaliq Allahverdiyev təsadüfən su kanalına düşərək boğulub.

Azyaşlının meyiti artıq sudan çıxarılıb.

Fakt araşdırılır.

DOSYE.ORG

COMMENTS