Bakıda elektrik qatarları bərpa edilir

İlk Avropa Oyunları ilə bağlı “Azərbaycan Dəmir Yolları” QSC Bakı sərnişin stansiyası ilə “Koroğlu” metro stansiyası arasında elektrik qatarlarını xəttə buraxılmasını təmin edəcək.

Bunu jurnalistlərə “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov deyib.

“Azərbaycan Dəmir Yolları” bu istiqamətdə sərnişinlərin elektrik qatarları ilə daşınmasını təmin edəcək” – deyə C. Qurbanov qeyd edib.

Sədr əlavə edib ki, ümumilikdə, “Azərbaycan Dəmir Yolları” QSC İlk Avropa Oyunları ilə bağlı üzərinə düşən bütün vəzifələri yerinə yetirəcək (APA).

“Dünya Bankı tərəfindən Bakıdan Gürcüstan sərhədlərinə qədər dəmir yolunun təmiri ilə bağlı kredit ayrılıb və təmir işləri 1 il-1,5 ilə başa çatdırılacaq. Məqsəd Bakı-Böyük Kəsik yolunda qatarların sürətini artırmaqdır” – deyə Cavid Qurbanov bildirib.

C.Qurbanov hazırda Azərbaycan dəmir yollarında qatarların hərəkət sürətinin aşağı olduğunu qeyd edib: “Bu, o qədər də xoşagələn deyil. Çalışacağıq ki, Gəncə və Bakı arasında insanların daşınmasını təqribən 5 saata endirək. 1970-ci illərdə Bakıdan Gəncəyə elektrik qatarı 50 dəqiqəyə çatırdı. Biz bu yolları bərpa edərək yenə də 5 saat qədər sərnişinlərin satdırılmasına nail olacağıq. Daha sonra Rusiya sərhədinə qədər dəmir yolunun əsaslı təmiri, yeniləşdirilməsi ilə məşğul olacağıq. Prezidentin tapşırığı ilə 50-ə qədər elektrovoz, 10-a yaxın teplovoz alınacaq və onlar bu yollarda hərəkət edəcək”

COMMENTS