Bakı şəhəri, Xəzər rayonunda yaşayışevində yanğınhadisəsi baş verib.
ANS PRESS-in FHN mətbuat mərkəzinə istinadən verdiyi məlumata görə, rayon ərazisində vətəndaşa məxsus ümumi sahəsi 100 kv.m olan mansard tipli birmərtəbəli 4 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları və 2 otağın yanar konstruksiyaları 40 kv.m sahədə yanıb.
Yanğın zamanı 1 nəfər yüngül yanıq xəsarəti alıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 06:41-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
COMMENTS