Top.Mail.Ru

Bakıda evdən 40 kilodan çox narkotik aşkarlandı

Bakıda evdən 40 kilodan çox narkotik aşkarlandı

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları daxil olmuş məlumat əsasında əməliyyat-axtarış tədbirləri keçiriblər.

Daxili İşlər Nazirliyindən Lent.az -a verilən məlumata görə, nəticədə Sabunçu rayonu, Bilgəh qəsəbə sakini B.Sadıqovun evinin həyətindəki istixanadan kultivasiya yolu ilə yetişdirilmiş 391 ədəd çətənə kolu və 740 ədəd çətənə kolunun şitilləri, habelə 18 kiloqramdan artıq qurudulmuş marixuana və 24 kiloqram 155 qram yaş marixuana aşkar edilərək götürülüb.

DOSYE.ORG

COMMENTS