Bakıda Gürcüstan vətəndaşına qarşı dəhşətli əməl – Təfərrüat

Bakıda Gürcüstan vətəndaşına qarşı dəhşətli əməl – Təfərrüat

Bakıda bıçaqlanma hadisəsi törətməkdə təqsirli bilinən Kənan Məmmədovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Teleqraf.com xəbər verir ki, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş araşdırılması üçün hakim İradə Həsənzadənin icraatına verilib.

Yaxın günlərdə bu iş üzrə məhkəmə prosesi başlanacaq.

İttihama görə, Yasamal rayonu, Şərifzadə küçəsi 231C ünvanında Gürcüstan vətəndaşı 1991-ci il təvəllüdlü Sahib Xudiyev bıçaqlanıb. Yaralı Akademik Mirqasımov adına Respublika Klinik xəstəxanasına çatdırılıb. İlkin olaraq Sahib Xudiyev xəsarəti yıxılaraq aldığını bildirib.

Əməliyyat-istintaq tədbirləri nəticəsində məlum olub ki, Sahib Xudiyevə Kənan adlı şəxs xəsarət yetirib.

Yasamal rayon Polis İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Kənan Məmmədov həbs edilib.

İstintaq orqanı tərəfindən Kənan Məmmədovun barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərərvurma) maddəsi ilə ittiham elan edilib.

DOSYE.ORG

COMMENTS