Bakıda həbsxanada dava düşdü- Məhkum yaralandı

Ədliyyə Nazirliyinin həbsxanalarından birində məhbuslar arasında insident yaşanıb.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hadisə Penitensiar Xidmətin 10 saylı Cəzaçəkmə Müəssisəsində baş verib.

Müəssisədə cəza çəkənlər 1989-cu il təvəllüdlü Şahsuvar Rəcəbovla Hamlet İbayev arasında dava olub.

Ş.Rəcəbov əlindəki fincanla H.İbayevin baş nahiyəsindən vuraraq xəsarət yetirib. İş üzrə araşdırma aparılır.

COMMENTS