Bakıda həbsxanada dava: 1 ölü

Bakıda həbsxanada dava: 1 ölü

Bakı həbsxanasında ölümlə nəticələnən dava baş verib

 

Bir neçə gün əvvəl Ədliyyə Nazirliyi, Penitensiar Xidmətin 2 saylı Cəzaçəkmə Müəssisəsində qanlı hadisə baş verib.

Həmin həbsxanada cəza çəkən Əmrahov Vüqar Şahismayıl oğlu və qardaşı Anar Əmrahov digər məhbus Elşən Əliyevlə mübahisə ediblər. Mübahsiə daha sonra dava-dalaşa çevrilib və qardaşlar E.Əliyevə kətillə bir neçə zərbə endiriblər.

Ağır vəziyyətdə xəstəxanaya yerləşdirilən E.Əliyev 4 gün sonra keçinib.

Faktla bağlı cinayət işi açılıb, hadisənin səbəbləri araşdırılır.

Qeyd edək ki, hadisəni törədən qardaşlar Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq), qətlə yetirilən E.Əliyev isə 234-cü (narkotik vasitələr) maddəsi ilə məhkum edilibmiş.(lent.az)

COMMENTS