Bakıda iki avtomobil toqquşub, ölən və xəsarət alanlar var

Bakıda iki avtomobil toqquşub, ölən və xəsarət alanlar var

Bakının Sabunçu rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə Maştağa qəsəbəsi, Mehdi Hüseynzadə küçəsində qeydə alınıb.

Belə ki, 80 yaşlı Fəttahov Hidayət Seyidmiri oğlu idarə etdiyi “VAZ 2106” markalı avtomobillə köməkçi yoldan qəfil Mehdi Hüseynzadə küçəsinə daxil olub. Bu vaxt yüksək sürətlə hərəkət edən “Mercedes” markalı avtomobilin sürücüsü, 39 yaşlı Həsənov Rafiq Tolik oğlu idarəetməni itirib və onun avtomobili “VAZ 2106”-ya çırpılıb. Zərbənin gücündən “VAZ 2106”-nın sürücüsü H.Fəttahov hadisə yerində keçinib. “Mercedes” isə evin daş hasarına çırpılıb.

“Mercedes”in sürücüsü R.Həsənov və “VAZ 2106”-da olan sərnişin – H.Fəttahovun həyat yoldaşı, 1948-ci il təvəllüdlü Fəttahova Ətayə Nuhbala qızı xəsarət alaraq 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.

DOSYE.ORG

COMMENTS