Bakıda iki maşın toqquşdu: səkidəki qadın öldü

Bakıda iki maşın toqquşdu: səkidəki qadın öldü

Bakıda yol-nəqliyyat hadisəsi olub.

Dosye.org Report-a istinadən xəbər verir ki, hadisə Azadlıq prospekti ilə Bakıxanov küçəsinin kəsişməsində qeydə alınıb.

Belə ki, iki minik avtomobili toqquşub. Nəticədə avtomobillərdən biri səkidə olan qadını vurub. Piyada hadisə yerində ölüb.

Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları hadisə yerinə cəlb edilib.

Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli bildirib ki, hazırda araşdırma aparılır.

DOSYE.ORG

COMMENTS