Bakıda iki “təqaüd” fırıldaq çıxdı

Bakıda iki “təqaüd” fırıldaq çıxdı

Sabunçu Rayon Polis İdarəsinin əməliyyatçıları vətəndaşların etibarından öz məqsədləri üçün yararlanan şəxsi həbs edib.

Dosye.org anspress-ə istinadən bildirir ki, saxlanılan Əsgərov Xaqani Dəmir oğlu onları aldadaraq pullarını mənimsəyib. Bu barədə artıq idarənin növbətçi hissəsinə iki şikayət ərizəsi daxil olub və hər biri də Xaqani Əsgərovun pulu onlardan “təqaüd” düzəltmək adı ilə aldığını bildirib. Ancaq sonradan nə “təqaüd” alınıb, nə də verilən pullar geri qayıdıb. Nəticə etibarilə məsələyə Sabunçu Rayon Polis İdarəsinin istintaqçıları qarışıb.

Faktla bağlı artıq Xaqani Əsgərov barəsində Cinayət Məcəlləsinin (dələduzluq) maddəsilə cinayət işi başlanılıb.

İstintaq onun oxşar əməllərilə başqa vətəndaşlara da ziyan vurduğunu istisna etmir.

COMMENTS