Bakıda iş adamını öldürənə ağır – Cəza

Bakıda iş adamını öldürənə ağır – Cəza

Bakıda bacısının həyat yoldaşını qətlə yetirməkdə təqsirləndirilən 45 yaşlı Rauf Şirinovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Samir Əliyevin sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Rauf Şirinov 13 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, bu ilin iyunun 14-nə keçən gecə, saat 01:00-da Sabunçu rayonu Bakıxanov qəsəbəsi, Bəşir Bünyadov küçəsi, 312 saylı binanın qarşısında Rauf Şirinov bacısının əri Ramiz Məmmədovu güllələyərək qətlə yetirib.

Rauf Şirinov “Hozu” ləqəbi ilə tanınıb.

Məlum olub ki, qohumlar birgə sahibkarlıq fəaliyyəti ilə məşğul olub.

İttihamda göstərilir ki, Ramiz Məmmədov Rauf Şirinovun evinə qonaq gəlib. Bu zaman Ramiz Məmmədov həyat yoldaşı – Raufun bacısı ilə mübahisə edib. Mübahisə zamanı Ramizin həyat yoldaşı ilə mübahisə edib, söyüş söyməsini qəbul etməyən Rauf bunun qisasını almaq istəyib.

Bu məqsədlə də “Vinçestr” markalı odlu silahını götürərək Ramiz Məmmədovun iş yerinə gedib. Əvvəlcə orada mübahisə ediblər. Daha sonra da söhbəti kənar yerdə davam etdirməyə razılaşıblar.

İyunun 14-nə keçən gecə saat 01:00 radələrində Bakıxanov qəsəbəsi, Bəşir Bünyadov küçəsi, 312 saylı binanın qarşısında mübahisəni davam etdiriblər. Bu zaman R.Şirinov qohumunun avtomobilinin qarşısını kəsərək onu güllələyərək qətlə yetirib. Qarın və ayaq nahiyəsindən iki güllə yarası alan R.Məmmədov 3 saylı Şəhər kliniki xəstəxanasına çatdırılıb. Həkimlərin səylərinə baxmayaraq, dünyasını dəyişib.

Qətlə yetirilən Ramiz Məmmədov “Qaz Kantrol” MMC-nin rəhbəri imiş. “84” və “113” nömrəli marşrut xətləri Ramiz Məmmədova məxsus olub.

İstintaq orqanı tərəfindən Rauf Şirinovun barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (qəsdən adam öldürmə; xüsusi amansızlıqla və ümumi təhlükəli üsulla törədilkdə) maddəsi ilə ittiham elan edilib.

DOSYE.ORG

COMMENTS