- com saytı etibarlı mənbəyə istinadən Bakıda İŞİD-in təlim mərkəzinin olması haqda xəbər yayıb. Məlumata görə, Bakı şəhərinin Keşlə qəsəbəsindəki “Baku Paintball Center”dəki atıcılıq meydanı radikal qruplaşmalar tərəfindən təlim mərkəzi olaraq istifadə edilir.
Adıçəkilən mərkəzdə vəhhabilərin İŞİD-çi dəstələri formalaşdırdıqları iddia olunur. Mənbənin bildirdiyinə görə, günün müəyyən zamanlarında sələfi təriqətinin nümayəndələri mərkəzin atıcılıq meydanında təlim keçirlər. Beləliklə də onlar gələcək döyüşlərə hazırlaşırlar.
Bu xəbər sosial şəbəkələrdə də müzakirəyə səbəb olub. “Baku Paintball Center”in facebook səhifəsində isə bu məsələ cəfəngiyat adlandırılıb və məsələyə belə izah verilib ki, təzəlikcə “Baku Paintball Center”in də yer aldığı Paintball Federasiyası yaranıb və bundan dərhal sonra onlarla bağlı belə bir xəbər yayılıb. ““Baku Paintball Center”ın səhifəsində narahatlığa heç bir əsas olmadığı da yazılıb: “Narahat olmayın, hər şey öz qaydasındadır”.
Daxili İşlər Nazirliyi də Bakıda İŞİD-in təlim mərkəzinin olduğu haqda yayılan xəbərlərə münasibət bildirib. DİN-in mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov Publika.az-a açıqlamasında məsələni araşdıracaqlarını deyib. “Bu xəbərdən məlumatımız var. Məsələ ilə bağlı maraqlanacağıq”, – deyə o, qısa olaraq münasibət bildirib.
Milli Təhlükəslik Nazirliyin İctimai Əlaqələr Mərkəzindən ANS PRESS-in sorğusuna cavab olaraq bildirilib ki, yayılan informasiyaların heç bir əsası yoxdur.
“Azərbaycan Respublikasının milli maraqlarına və təhlükəsizliyinə mümkün təhdidlərin qarşısının alınması üçün bütün zəruri qabaqlayıcı tədbirlər həyata keçirilir. Əməliyyat şəraitinə nəzarət olunur”, – deyə bildirilib.
COMMENTS