Bakıda kişi naməlum şəraitdə bıçaqlanıb

Bakıda kişi naməlum şəraitdə bıçaqlanıb

Bakının Səbail rayonunda bıçaqlanma hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə Badamdar qəsəbəsində qeydə alınıb. 1980-ci il təvəllüdlü Qasımov Elbrus Qasım oğlu naməlum şəraitdə bıçaq xəsarətləri alıb. O, qarnının ön divarının kəsilmiş-deşilmiş xəsarətləri ilə 1 saylı Xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Səbail Rayon Polis İdarəsində araşdırma aparılır.

DOSYE.ORG

COMMENTS