Bakıda koronavirus tədbirləri: Məscid, məktəb, sinaqoq… – Rəsmi

Bakıda koronavirus tədbirləri: Məscid, məktəb, sinaqoq… – Rəsmi

“Koronavirus təhlükəsi ilə əlaqədar olaraq Bakı şəhəri üzrə məktəblərdə, bağçalarda, məscidlərdə dezinfeksiya işləri aparılır”.

Bakı Şəhər Dezinfeksiya Mərkəzinin kadrlar şöbəsinin müdiri Kəmalə CəfərovaTeleqraf.com-a açıqlamasında bildirib ki, bu günə qədər 600-dən çox məktəb və uşaq bağçasında dezinfeksiya işləri görülüb: “Proses həftəlik olaraq davam edir. Təkcə koronavirusla bağlı deyil, ümumiyətlə infeksiyalardan qorunma məqsədilə bağça və məktəblərdə, ali təhsil müəssisələrində dezinfeksiya tədbirləri davam etdirilir”.

Kəmalə Cəfərova bildirib ki, bu günə qədər 30-dan artıq məscid, 2 sinaqoqda dezinfeksiya işləri aparılıb: “Bu tədbirlər müqavilələr əsasında aparılır. Eyni zamanda Səhiyyə Nazirliyi əmr verdiyi zaman, müqavilə olmasa belə tapşırıq verilən müəssisələrə briqadalarımız göndərilir. İnsanların sıx məskunlaşdığı yerlərdə profilaktik dezinfeksiya tədbirləri aparılır. Bu proses qeyri iş günləri olduğu üçün həftənin şənbə və bazar günlərinə saxlanılır.

Kəmalə Cəfərova qeyd edib ki, sanitar-gigiyenik normalara əməl olunması, ətraf-mühitin mühafizəsi, xəstəliklərin qarşısının alınması üçün bu tədbirlər çox vacibdir”.

DOSYE.ORG

COMMENTS