Bakıda litseyin damı uçdu

Ötən axşam paytaxtda əsən güclü külək fəsadsız ötüşməyib.

Bakı Dövlət Universitetinin Əhməd Cəmil 41 A ünvanında yerləşən Gənc İstedadlar Liseyinin damı uçub.

Dam örtüyünün böyük hissəsi ətrafda yerləşən binaların həyətində düşüb.

Bu barədə Arqument.az-ın ərazidə olan müxbiri məlumat verib.

Qəza nəticəsində ətrafdakı avtomobillərə və qarajlara ziyan dəyib.

Sakinlərin bildirdiyinə görə, hələ ki, aidiyyatı qurumlardan maraqlanan yoxdur.

COMMENTS