Bakıda məktəbdə yanğın – Şagirdlər təxliyə olundu/ YENİLƏNİB

Bu gün günorta saatlarında Qaradağ rayon Sahil qəsəbəsində 273 saylı orta məktəbdə yanğın başlayıb.

Dosye.org Lent.az-a istinadən xəbər verir ki, şagirdlər dərhal təxliyə olunub və ilkin nəticələrə görə yanğına qısa qapanma səbəb olub. Yanğınsöndürmə və təcili tibbi maşınlar əraziyə cəlb olunub. Hadisə ilə bağlı məktəbə və yaxın evlərə elektrik enerjisinin verilməsi dayandırılıb.

***

Bakı Şəhəri üzrə Təhsil İdarəsi 273 saylı məktəbdə baş verən yanğınla bağlı məlumat yayıb.

BŞTİ-nin mətbuat xidmətindən BakuPost-a verilən xəbərə görə, mayın 10-da saat 13:05 radələrində Qaradağ rayonu Sahil qəsəbəsində yerləşən 273 nömrəli tam orta məktəbdə yanğın hadisəsi qeydə alınıb. Yanğın məktəbin iki korpusunu birləşdirən keçidin damında baş verib.

Məktəbdən şagirdlər təxliyyə olunub, xəsarət alan yoxdur.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə briqadası cəlb olunub və yanğın söndürülüb.

Dosye.org

COMMENTS