Bakıda mənzillərin qiyməti ucuzlaşdı

Rusiyada iqtisadi böhranın dərniləşməsi və neftin qiyməti düşməyə başladıqdan sonra Azərbaycanda evlərin qiymətinin bahalaşıb və ya ucuzlaşacağı ilə bağlı müzakirələr çoxalmağa başlayıb. JAM.AZ xəbər verir ki, bəzi iqtisadçılar qiymətlərin enəcəyini bildirdikləri halda, əmlak işində olanlar bunun tam tərsini söyləyirlər. Real vəziyyət isə heç də əmlakçıların dediyi şəkildə deyil. 

JAM.AZ-ın əməkdaşlarının Bakının bir neçə yerində apardığı müşahidələr və araşdırmalar zamanı məlum olub ki, vəziyyət iqtisadçıların dediyi şəkildədir. Belə ki, əmlak alqı-satqısı ilə məşğul olan şəxslərdən əldə olunan məlumata görə, son bir ayda paytaxtda mənzillərin qiymətində 10 faizlik endirib diqqəti çəkib. Onların dediyinə görə, bu enmə yaxın vaxtlarda yenə də davam edəcək. 

Onlar qeyd ediblər ki, qiymət ucuzlaşmasına səbəb alıcılıq qabiliyyətinin aşağı düşməsi ilə bağlıdır. Belə ki, əsas alıcıların Rusiyada yaşayan azərbaycanlılar olduğunu deyən əmlakçılar, qonşu ölkədə iqtisadi böhranın həmyerlilərimizin gəlirlərinə ciddi zərər vurub. Ona görə də, bu şəxslər əvvəlki illərdən fərqli olaraq yeni mənzil almaq yerinə, aldıqları evlərini sataraq düşdükləri böhrandan çıxmağa çalışırlar. 

Əmlakçıların dediklərindən belə başa düşülür ki, hazırda mənzil bazarında təlklif tələbi bir xeyli üstələyib. Səbəb də satışa çıxan mənzillərin sayının alanların tələbatından çox olmasıdır. Durumun nə zamana kimi davam edəcəyi isə məlum deyil.

JAM.AZ araşadırma apararkən maraqlı bir məqamla da üzləşib. Məlum olub ki, Bakıda mənzillərin qiymətinin süni şəkildə artmasına nail olmaq istəyən maraqlı qüvvələr də var. Belə ki, əmlak bazarında alıcılar arasında, habelə sosial şəbəkələr vasitəsi ilə paytaxtda mənzillərin qiymətinin artacağı ilə bağlı müxtəlif səpkili reallığı əks etdirməyən məlumatlar yayırlar. Burada məqsəd almaq fikrində olanların əlindəki pulu tez bir zamanda əmlaka xərcləməsinə nail olmaq və onlarda guya, yaxın vaxtlarda qiymət artımı olacağına dair təsəvvür yaratmaqdır. 

Ekspertlərə gəldikdə isə onlar qeyd edirlər ki, Rusiyada böhran davam etdikcə və neftin qiyməti düşdükcə mənzil bazarında bahalaşmadan söhbət gedə bilməz. Tanınmış iqtisadçı Vüqar Bayramov JAM.AZ-a verdiyi açıqlamasında bildirib ki, qlobal maliyyə böhranından sonra, xüsusən də 2010 və 2011-ci illərdə bəzi ekspertlər, demək olar, hər ay gələn aydan mənzil bazarında qiymətlərin yüksələcəyi ilə bağlı açıqlamlar yayırdılar. “Məlumat yayılırdı, amma qiymət artmırdı. Baxmayaraq ki, bununla, mənzil bazarında süni tələb formalaşdırmaq və qiymət artımlarına nail olmağa çalışırdılar. Bu məlumatlarda məqsəd aydındır: qiymət artımları ilə bağlı məlumatı oxuyan potensial alıcı mənzil bazarına daxil olacaq və “qiymət artımları” baş vermədən ev almağa tələsəcək. Yəni, vətəndaş düşünəcək ki, qiymət artacaq, tez alım ki ucuz alım. Bununla da, süni tələb formalaşacaq və süni qiymət artımları baş verəcək”. 

İqtisadçı alim qeyd edir ki, yenidən əmlak bazarında qiymət artımları ilə bağlı açıqlama yayılıb. “Özü də kifayət qədər ciddi artımların olacağı bildirilir. Sanki əmlak bazarında hamı əlində pul ev axtarır, amma mənzil tapa bilmir. Maraqlıdır, mənzillərin qiyməti niyə artmalıdır? Neftin qiyməti yüksəlibmi? Rusiyadan Azərbaycana göndərilən pulları həcmi artıbmı? Neftin qiymətinin aşağı düşdüyü bir halda daxili tələbat artıbmı? Dövriyyədəki pulun həcminin azaldığı bir zamanda əmlak bazarına yeni vəsait daxil olubmu? Bunların heç biri baş verməyib. O zaman, mənzillərin qiyməti niyə artmalıdır ki?”

COMMENTS