Bakıda məzar yeri neçəyədir?

Paytaxtda bir məzarın qiyməti 15-50 min manat aralığında dəyişir

 

Bakıda uzun müddətdir toxunulan məsələlərdən biri qəbristanlıq biznesi ilə bağlıdır. JAM.AZ xəbər verir ki, xüsusən şəhərin hündür yerlərindəki məzarlıqlarda qəbir yeri tapmaq qeyri-mümkünə çevrilib. Çünki imkanlılar çoxdan həmin əraziləri alaraq, ələ keçiriblər.

 

JAM.AZ-ın əldə etdiyi məlumata görə, Bakıda artıq qəbristanlıqlarda bir məzar yerinin qiyməti bahalaşaraq, bəzi yerlərdə 10-15 min manata, bəzi yerlərdə isə 50 min manata qədər artıb.

 

Maraqlı məqamlardan biri odur ki, bu qəbir yerlərinin alınıb-satılması da biznesə çevrilməklə yanaşı, həm də imkanlı adamların növbəyə durduğu bir hadisəyə çevrilib.

 

Belə ki, bu yaxınlarda bir nəfər düşdüyü vəziyyətdən çıxmaq üçün 5-6 il bundan əvvəl valideynlərini gələcəkdə dünyalarını dəyişdikdə dəfn etmək üçün aldığı yeri satıb. 50 min manata satdığı həmin yer üçün hətta imkanlı adamların qəbristanlıq müdriyyəti ilə yalvar-yaxarla xahiş etdikləri deyilir. Amma imkana deyil, növbəyə əsasən onlara söz verilib ki, hamısı üçün qəbir yerləri alınacaq.

COMMENTS