Bakıda sürücü hadisə yerindən qaçdı

Sentyabrın 18-də saat 13 radələrində Xəzər rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

 

Dosye.org Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Türkan qəsəbəsində müəyyən edilməmiş avtomobillə yolu keçən qəsəbə sakini, azyaşlı Fidan Məmmədova vurulub. Uşaq xəstəxanaya yerləşdirilib.
Xəzər RPİ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.

COMMENTS